Mövqe üzrə yer
Təşkilatçı qapıçı axtarırsa bunu qeyd edir, siz isə hansı mövqedə oynadığınızı göstərirsiniz. Meydançada tarazlıq pozulmur.
Futbol oynamağa adam axtarırsınız? TopTap ilə yaxınlıqdakı həvəskar futbol oyunlarını görün, oyunlara qoşulun və ya öz oyununuzu yaradın! Xəzər rayonundan Sumqayıta qədər komanda yoldaşı tapmaq və oyunlara qoşulmaq imkanı. Tətbiq tamamilə pulsuzdur.
Oyunçuları tək-tək axtarmağa ehtiyac yoxdur. Hər kəsin toplandığı platform sizi gözləyir.
Rayona və günə görə seçmə imkanı. Hər elanda vaxt, oyun format, qiyməti və neçə yer qaldığı açıq yazılıb. Meydançaların ünvanlarını birbaşa xəritədə görüntüləmə imkanı var.
Təşkilatçı hansı mövqe axtardığını bildirə bilər. Meydança növü, ayaqqabı və forma şərtləri elanın içindədir.
Hər oyunun öz söhbət qrupu var, ona görə meydançaya çatana qədər komandanı tanıyın. Oyundan sonra hamı bir birini anonim qiymətləndirir.
Hər detal Bakıda və Sumqayıtda oyun tapmağın bir problemini həll etmək üçün düşünülüb.
Təşkilatçı qapıçı axtarırsa bunu qeyd edir, siz isə hansı mövqedə oynadığınızı göstərirsiniz. Meydançada tarazlıq pozulmur.
Oyundan sonra hər kəs bir-birini anonim bir şəkildə qiymətləndirir. Gəlməyənlərin etibarlılıq faizi düşür.
Oyunda yer boşdursa, mövqeyə uyğun oyunçuları axtarın və birbaşa dəvət göndərin. Qrup çatlarında adam yığmağa ehtiyac yoxdur.
Kimsə qoşulanda, çıxanda və ya oyun ləğv olunanda dərhal xəbəriniz olur. Meydançaya boş yerə getmirsiniz.
Hər oyunun öz söhbəti var. Forma rəngi, gecikmə, ödəniş, hamısı bir yerdə qeyd edilir. Oyun bitəndən sonra söhbət qrupu bağlanır.
Qeyri-etik davranan oyunçuları bloklaya və ya şikayət edə bilərsiniz. Şikayətlərə 24 saat ərzində baxılır və cavab verilir.
Binəqədidən və Xətaidən Sumqayıta qədər onlarla meydança. Öz rayonunuzdakı oyunları bir toxunuşla sıralayın.
TopTap artıq App Store'də dərc olundu! Tezliklə Google Play mağazalarında
Google Play versiyası bir neçə gün ərzində hazır olacaq. Email ünvanınızı qeyd edin, dərc olunan kimi ilk sizi xəbərdar edək.
Google Play versiyası çıxan gün sənə email göndərəcəyik.
IOS işlədirsinizsə App Store-dan indi yüklə